“Rabitə”nin sabiq hücumçusu Koreya liqasının draftında seçilib

Xəbərlər
20 May 2025 13:52
34
“Rabitə”nin sabiq hücumçusu Koreya liqasının draftında seçilib

Koreya Voleybol Federasiyası (KOVO) qadınlar liqasının yeni mövsümü üçün legioner voleybolçuların draft (seçim və ya oyunçu bölgüsü sistemi) nəticələrini rəsmi olaraq elan edib.

İdman.biz xəbər verir ki, hücumçu Jizel Silvanı transfer edən Seulun "Kalteks" klubu maraq doğurur.

Kubalı voleybolçu vaxtilə Azərbaycanda "Rabitə" klubunda çıxış edib və transfer zamanı onun təmsil etdiyi ölkə kimi Kuba/Azərbaycan göstərilib.

Qeyd edək ki, 31 yaşlı Silva daha əvvəl Polşa, Yunanıstan, İtaliya, Çin və digər ölkələrin çempionatlarında da çıxış edib.

İdman.biz