Noyabrın 20-də Latviyanın Daugavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Şərqi Avropa Zona Assosiasiyası (EEVZA) çempionatı start götürəcək.
İdman.biz xəbər verir ki, turnir 2024-cü il Avropa çempionatına seçmə xarakteri daşıyır.
Azərbaycan yığması Latviya, Ukrayna, Estoniya, Litva, Polşa və Gürcüstan komandaları ilə yeni qrupda yarışacaq. Komandamız ilk oyununu meydan sahiblərinə qarşı keçirəcək.
Qeyd edək ki, qrupda birinci yeri tutan komanda birbaşa qitə birinciliyinə vəsiqə qazanacaq.
20 noyabr
18:00. Latviya - Azərbaycan
21 noyabr
15:30. Azərbaycan - Ukrayna
22 noyabr
15:30. Estoniya - Azərbaycan
23 noyabr
15:30. Azərbaycan - Litva
24 noyabr
15:30. Polşa - Azərbaycan
26 noyabr
13:00. Azərbaycan - Gürcüstan
İdman.biz