“Azərreyl” baş məşqçisi ilə müqaviləni yeniləyib

Xəbərlər
6 May 2025 12:33
41
“Azərreyl” baş məşqçisi ilə müqaviləni yeniləyib

Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası baş məşqçisi Boris Qrebennikov ilə müqavilə müddətini yeniləyib.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, paytaxt klubu qazaxıstanlı mütəxəssislə sözləşməni daha bir il uzadıb.

66 yaşlı çalışdırıcı 2023-cü ildən “dəmiryolçular”da işləyir.

Qeyd edək ki, “Azərreyl” Boris Qrebennikovun rəhbərliyi altında son iki ildə Azərbaycan Yüksək Liqasının qızıl medallarına sahib çıxıb.

İdman.biz