Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.
İdman.biz xəbər verir ki, Gözəlbəyli qadın voleybolçular arasında Çelenc kubokuna dəvət alıb.
O, 1/16 final matçının supervayzeri təyin edilib. Azərbaycan təmislçisi noyabrın 9-da Bakıda keçiriləcək “Azərreyl” - “Avarca de MENORCA" klublarının qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, görüşün hakimləri türkiyəli Deniz Demir və serbiyalı Mirjana Galic olacaq.
İdman.biz