Biri Qızıl, digəri Gümüş Avropa Liqasında - Azərbaycan yığmaları

Xəbərlər
19 Noyabr 2024 14:51
131
Biri Qızıl, digəri Gümüş Avropa Liqasında - Azərbaycan yığmaları

Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milliləri Avropa Liqasında iştirak edəcəklər.

İdman.biz xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının yarışla bağlı müəyyənləşdirdiyi qaydalara uyğun olaraq iştirakçılar reytinqə əsasən liqalara bölünüb.

Yüksək reytinqə malik komandalar Qızıl Avropa Liqasında, nisbətən aşağı reytinqli millilər Gümüş Avropa Liqasında mübarizə aparacaqlar.

Reytinq cədvəlində 19-cu olan qadınlardan ibarət yığmamız Qızıl Avropa Liqasında, 37-ci yerdə olan kişilərdən ibarət millimiz isə Gümüş Avropa Liqasında çıxış edəcək.

Hər iki yarış gələn il mayın 30-dan iyulun 6-dək keçiriləcək. Qadınların yarışında 12, kişilərin mübarizəsində isə 8 ölkənin komandası mübarizə aparacaq.

Reqlamentə əsasən, kişi voleybolçular arasında ilk 2 yeri tutan yığmalar finala vəsiqə qazanacaqlar. Həlledici matçlar ev-səfər sistemi ilə keçiriləcək.

Qızıl Liqada isə ilk 4 yeri tutan yığmalar "Dördlər finalı"na yüksələcəklər.

Avropa Liqasında yığma komandalarımızın rəqibləri:

Qadınlar: Azərbaycan, Macarıstan, Sloveniya, Slovakiya, Montoneqro, Rumıniya, Xorvatiya.

Kişilər: Azərbaycan, Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya, Farer adaları.

İdman.biz

Məqalədə: