Voleybol millimiz Avropa çempionatı öncəsi Latviyanı iki dəfə məğlub etdi

9 Avqust 2026 09:22
158
Voleybol millimiz Avropa çempionatı öncəsi Latviyanı iki dəfə məğlub etdi

Azərbaycanın qadın voleybol millisi Avropa çempionatına hazırlıq çərçivəsində Bakıda Latviya yığması ilə iki yoxlama oyunu keçirib.

İdman.Biz xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təşkil olunan hər iki qarşılaşmada Azərbaycan millisi qalib gəlib. Komandamız ilk oyunda rəqibini 3:2, ikinci görüşdə isə 3:0 hesabı ilə məğlub edib.

Qarşılaşmaları Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi də izləyib.

Qeyd edək ki, Avropa çempionatında C qrupunun oyunları Bakıda təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.

C qrupunun oyunları 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.

Yoxlama oyunları:

Azərbaycan - Latviya - 3:2 (21:25, 26:24, 25:20, 18:25, 20:18)

Azərbaycan - Latviya - 3:0 (25:21, 25:16, 25:18)

İdman.Biz