“Azerrail” avrokubok üçün ilkin sifariş vərəqini CEV-ə göndərib

Xəbərlər
12 Oktyabr 2023 13:45
157
“Azerrail” avrokubok üçün ilkin sifariş vərəqini CEV-ə göndərib

Qadın voleybolçulardan ibarət “Azerrail” klubu ilkin sifariş vərəqini Avropa Voleybol Konfederasiyasına (CEV) göndərib.

İdman.biz xəbər verir ki, Azərbaycanı Çağırış kubokunda təmsil edəcək Bakı təmsilçisi iştirak ərizəsinə hələlik 10 oyunçunun adını daxil edib.

Onlardan 2-si toppaylayıcı, 2-si blokçu, 2-si libero və 4-ü hücumçudur.

Komandanı yeni mövsümdə təcrübəli Cengiz Akarçeşme çalışdıracaq. Ona Mixail Solovyov və Vladimir Larkin köməklik edəcəklər.

Toppaylayıcılar: 16. Raziyə Əliyeva, 9. Qabrielle Benda
Blokçular: 4. Tauri Meji, 11. Aynur İmanova
Hücumçular: 2. Xanım Cəlilova, 3. Aişə Alismanova, 8. Ana-Maria Berdila, 22. Ülkər Kərimova
Liberolar: 10. Asiyat Abuyeva, Bəyaz Quliyeva

Qeyd edək ki, “Azərreyl” Çağırış kubokunun 1/32 finalında Ukrayna “Balta”sı ilə oynayacaqlar. Hər 2 matç Bakıda olacaq.

İdman.biz