Azərbaycan klubu 6 ölkədən voleybolçu ilə güclənib

Xəbərlər
7 İyun 2024 13:50
264
Azərbaycan klubu 6 ölkədən voleybolçu ilə güclənib

Qadın voleybolçulardan ibarət “Milli Aviasiya Akademiyası” yeni mövsüm öncəsi transfer bazarında fəallıq göstərir.

İdman.biz xəbər verir ki, klub artıq müxtəlif ölkələrdən olan bir sıra oyunçunun keçidini həll edib.

Komandanın hücum xətti xüsusilə diqqət çəkir. “Tələbələr” əvvəllər İtaliya “Balduççi”sində oynamış monteneqrolu Daniela Cakoviç, vətənində “Finiks” forması geyinmiş avstraliyalı Silviya Museli heyətinə qatıb.

ABŞ-ın tələbələrdən ibarət “Boulinq Qrin” klubundan gələn çexiyalı Petra İndrova və son komandası İtaliya “Niqitor Santo Stefano” olan ukraynalı Valeriya Parşinanın keçidi də diqqət çəkir.

“Milli Aviasiya Akademiyası” “Jemçujina Polesye”dən belaruslu Natalya Qonçarovanı, “Hamenlin”dən fin libero Rita Timoneni də transfer edib.

Bunadək komanda iki yerli oyunçu ilə də güclənib. Hücumçu Leyla Parşkova “Gəncə”dən, toppaylayıcı Mariana Abuyeva UNEC-dən gəlib.

Qeyd edək ki, “Milli Aviasiya Akademiyası” ötən mövsümü 5-ci yerdə başa vurub.

Nicat Zəkiyev
İdman.biz

Məqalədə: