Ülkər Kərimova: “Faiq Qarayevin inamı mənə böyük motivasiya verir” - MÜSAHİBƏ

Müsahibə
1 İyun 2024 11:41
623
Ülkər Kərimova: “Faiq Qarayevin inamı mənə böyük motivasiya verir” - MÜSAHİBƏ

Azərbaycan millisinin voleybolçusu Ülkər Kərimovanın İdman.bizə müsahibəsi

- Bakıda keçirilən Qızıl Avropa Liqasının III mərhələsində Estoniya yığmasına 3:0 hesabla qalib gəldiniz. Uğursuzluq seriyasını necə qırdınız?

- ⁠Bu matça böyük məqsədlərlə çıxmışdıq. Mütləq şəkildə qazanmalı idik. Qarşımıza qoyduğumuz əsas məsələ Bakıdakı iki oyunu qazanmaqdır. Özümüzə inandıq və sonda qalib gəldik. Hamı bizdən qələbə gözləyirdi və bunu bacardıq.

- ⁠Hər 3 setdə meydanda gərgin və bir o qədərdə istəkli şəkildə mübarizə apardın. Bu nədən irəli gəlirdi?

- ⁠Bu, baş məşqçinin mənə inamı nəticəsində ərsəyə gəlir. O mənə sonadək inandı. 3 set əvəzlənmədən çıxış etdim. Bu da Faiq Qarayevin mənə nə dərəcədə inamının olmasından irəli gəlir. Bu inam mənə böyük motivasiya verir.

- ⁠İlk dəfə oynadığın Qızıl Avropa Liqasını necə dəyərləndirərdin?

- ⁠Burda zəif rəqib yoxdur. Məğlub olduğumuz matçların səbəbi yorğunluqla əlaqədardır. Yəni saat dəyişikliyi, tez-tez ölkələrin dəyişilməsi və s. bütün bunlar bizə olduqca təsir etdi. Məncə, ardıcıl məğlubiyyətimizin səbəbi bununla əlaqədardır.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: