“Milli Aviasiya Akademiyası”nda iki yeni voleybolçu

Xəbərlər
29 May 2024 15:19
110
“Milli Aviasiya Akademiyası”nda iki yeni voleybolçu

Qadın voleybolçulardan ibarət “Milli Aviasiya Akademiyası” heyətinə yeni oyunçular qatıb.

İdman.biz xəbər verir ki, “tələbələr” iki voleybolçu ilə güclənib.

Hücumçu Leyla Parşkova yeni mövsümdə “Milli Aviasiya Akademiyası”nda çıxış edəcək. Onun əvvəlki klubu “Gəncə” olub.

Mariana Abuyeva da “tələbələr”ə qoşulub. O, UNEC-dən yeni komandasına keçib.

Qeyd edək ki, “Milli Aviasiya Akademiyası” ötən mövsümdə 5-ci yeri tutub.

İdman.biz

Məqalədə: