Millimizin Bakıdakı oyunlarının hakimləri açıqlanıb

Xəbərlər
27 May 2024 12:34
126
Millimizin Bakıdakı oyunlarının hakimləri açıqlanıb

Qadınlar arasında Qızıl Avropa Liqasının III mərhələsinin hakimləri açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin oyunlarına təyinatlar da bəlli olub.

Yığmamız Estoniya və Avstriya ilə Bakıda qarşılaşacaq. Bu görüşlərə İsrail, Türkiyə və Azərbaycan hakimləri təyinat alıblar.

Qeyd edək ki, keçirdiyi dörd matçda 1 qələbə qazanan yığmamız turnir cədvəlində 10-cudur.

Qızıl Avropa Liqası (qadınlar)
III mərhələ
31 may
18:00. Estoniya – Azərbaycan
Hakimlər:
Erdal Akınçı (Türkiyə), Roy Qoren (İsrail)
GİN-in Voleybol Mərkəzi

2 iyun
17:00. Azərbaycan – Avstriya
Hakimlər:
Roy Qoren (İsrail), Fuad Ağayev (Azərbaycan)
GİN-in Voleybol Mərkəzi

İdman.biz

Məqalədə: