AVF rəsmisinə Lüksemburqda etimad

Xəbərlər
23 May 2024 16:16
116
AVF rəsmisinə Lüksemburqda etimad

Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman beynəlxalq oyuna təyinat alıb.

İdman.biz. xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdman Təşkilatı Komissiyasının üzvü olan həmyerlimiz kişi voleybolçular arasında Qızıl Avropa Liqasının ikinci mərhələsində iş başında olacaq.

O, mayın 24-26-da Lüksemburqda baş tutacaq oyunlarda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Ev sahibləri ilə yanaşı, Ukrayna və Çexiya milli komandalarının mübarizə aparacağı mərhələnin hakimləri almaniyalı Matias Evald, niderlandlı Helena Qeldof və lüksemburqlu Karol Hepp olacaq.

İdman.biz

Məqalədə: