Naxçıvanda onlara iştirakçı sertifikatı verilib - FOTO

Xəbərlər
19 May 2024 11:22
83
Naxçıvanda onlara iştirakçı sertifikatı verilib - FOTO

Azərbaycan Voleybol Federasiyası (AVF) aşağı yaş qrupu məşqçilərinin inkişafı ilə bağlı seminarı bu dəfə Naxçıvan Muxtar Respublikasında baş tutub.

İdman.biz xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunan təlimlərdə Naxçıvan Voleybol Federasiyasının 40-a yaxın məşqçi-müəllimi iştirak edib.

Nəzəri və praktiki hissədən ibarət olan seminarı FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme, yeniyetmə və gənc qızlardan ibarət Azərbaycan milli komandalarının rəhbəri Şahin Çatma keçiblər.

Sonda bütün iştirakçılara AVF-nin keçirəcəyi Level kateqoriyalı seminarlarda iştirak hüququ verən iştirakçı sertifikatı təqdim olunub.

Qeyd edək ki, məşqçi-müəllimlər üçün ilk belə seminar bu ilin martında Gəncədə keçirilib. Növbəti təlimlər isə Bakıda təşkil olunacaq.

İdman.biz