Qızıl Avropa Liqasının Bakıda keçiriləcək oyunlarının hakimləri açıqlanıb

Xəbərlər
14 May 2024 13:51
Qızıl Avropa Liqasının Bakıda keçiriləcək oyunlarının hakimləri açıqlanıb

Kişi voleybolçular arasında Qızıl Avropa Liqasının I mərhələsinin Bakıda keçiriləcək oyunlarının hakimləri bəlli olub.

İdman.biz xəbər verir ki, GİN-in Voleybol Mərkəzində keçiriləcək matçlara üç hakim təyinat alıb.

Millimizin Rumıniya ilə görüşündə Stanislava Simiç (Serbiya) və Aqnieşka Miçliç (Polşa) ədaləti qoruyacaq. Ukrayna ilə qarşılaşmada isə polşalı referi ilə təmsilçimiz Eldar Zülfüqarov iş başında olacaq.

Qızıl Avropa Liqası (kişilər)
I mərhələ
17 may
18:00. Rumıniya – Azərbaycan
Hakimlər:
Stanislava Simiç (Serbiya), Aqnieşka Miçliç (Polşa)
GİN-nin Voleybol Mərkəzi

18 may
18:00. Ukrayna - Rumıniya
Hakimlər:
Eldar Zülfüqarov (Azərbaycan), Stanislava Simiç (Serbiya)
GİN-nin Voleybol Mərkəzi

19 may
18:00. Azərbaycan – Ukrayna
Hakimlər:
Aqnieşka Miçliç (Polşa), Eldar Zülfüqarov (Azərbaycan)
GİN-nin Voleybol Mərkəzi

İdman.biz

Məqalədə: