Aynur İmanova: “Güclü olan qalib gəldi”

Xəbərlər
23 Aprel 2024 19:31
169
Aynur İmanova: “Güclü olan qalib gəldi”

“Həqiqətən çox gözəl çempionat keçdi”.

İdman.biz xəbər verir ki, bunu “Azərreyl”in voleybolçusu Aynur İmanova deyib.

O, Azərbaycan çempionatının finalında “Abşeron”a 3:2 hesabla qalib gəldikləri oyunu şərh edib: “Finala layiq oyun nümayiş etdirdik. Mövsüm ərzində “Abşeron”a məğlub da olduq, qalib də gəldik. Digər rəqiblərimiz də daima bizim üçün önəmli olub. Sonda güclü olan qalib gəldi. Bunun üçün çox sevincliyəm”.

Qeyd edək ki, qadınlardan ibarət “Azərreyl” komandası Azərbaycan çempionatında titulunu qoruyub.

Banuçiçək Hüseynli
İdman.biz