Yüksək Liqada ən yaxşılar mükafatlandırılıblar

Xəbərlər
23 Aprel 2024 18:44
112
Yüksək Liqada ən yaxşılar mükafatlandırılıblar

Qadın voleybolçular arasında Azərbaycan çempionatının ən yaxşıları açıqlanıb.

İdman.biz xəbər verir ki, Yüksək Liqanın ən yaxşıları bugünkü mükafatlandırmada təltif olunublar.

“Azərreyl”in voleybolçusu Katarina Pilepiç MVP seçilib. Ən gənc və perspektivli oyunçu adına Raziyə Əliyeva (“Azərreyl”) layiq görülüb.

Rəmzi komanda:
Toppaylayıçı:
Polina Neykova (“Abşeron”)
Hücumçular: Peralta Luna (“Azərreyl”), Elvina Milanoviç (“Murov Az Terminal”)
Libero: Piyanot Pannoy (“Azərreyl”)
Blokçular: Mariya Kirilyuk (“Abşeron”), Xineli Martines (“Azərreyl”)
Diaqonal oyunçusu: Marietta Runiç (“Abşeron”)

İdman.biz