İlk oyunda “Abşeron” güclü olub - YENİLƏNİB

Xəbərlər
16 Aprel 2024 19:59
267
İlk oyunda “Abşeron” güclü olub - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

İdman.biz xəbər verir ki, ilk matçlar çərçivəsində ikinci görüş baş tutub.

“Abşeron” “Murov Az Terminal”la qarşılaşıb və 3:1 hesabı ilə qələb qazanıb. İlk setdə “Murov Az Terminal” voleybolçuları uğur qazansalar da, meydan sahibləri geridönüş edə biliblər. "Abşeron" ardıcıl 3 setdə rəqibinə heç bir şans verməyib.

Qeyd edək ki, yarımfinal mərhələsinin bir gün əvvəl keçirilən ilk matçında “Azərreyl” “Gəncə”ni 3:0 hesabı ilə məğlub edib.

Yüksək Liqa, qadınlar
Yarımfinal, 1-ci oyun
16 aprel

18:00. “Abşeron” - “Murov Az Terminal” - 3:1 (24:26, 25:15, 25:19, 25:22)
GİN-in Voleybol Mərkəzi

İdman.biz