Pley-off: “Azərreyl” finala bir addım yaxınlaşıb

Xəbərlər
15 Aprel 2024 19:31
167
Pley-off: “Azərreyl” finala bir addım yaxınlaşıb

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

İdman.biz xəbər verir ki, Yüksək Liqanın pley-off mərhələsi GİN-nin Voleybol Mərkəzində başlayıb.

İlk oyun günündə “Azərreyl” “Gəncə”ni sınağa çəkib. İlkin mərhələnin lideri bölgə təmsilçisi ilə görüşdə çətinlik çəkməyib. "Dəmiryolçular" hər 3 setdə rəqiblərindən güclü olublar. Reqlamentə görə, 2 oyunda qalib gələn komanda finala vəsiqə qazanacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin növbəti matçı sabah keçiriləcək.

Yüksək Liqa, qadınlar
Yarımfinal, 1-ci oyun
15 aprel
18:00. “Azərreyl” - “Gəncə” - 3:0 (25:19, 25:20, 25:20)

GİN-in Voleybol Mərkəzi

İdman.biz