Federasiya rəsmisi gənc voleybolçularla görüşüb

Xəbərlər
11 Aprel 2024 22:49
113
Federasiya rəsmisi gənc voleybolçularla görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev Oğuza səfər edib.

İdman.biz xəbər verir ki, federasiyas rəsmisi Oğuz RVK-nun təlim-məşq toplantısını izləyib. Qəbələ Olimpiya İdman Kompleksində keçirilən toplantıya regionun üç rayonu - Şəki, Oğuz, Qəbələni təmsil edən 60-dan çox qız və oğlan idmançı qatılıb.

Bəhruz Quliyev federasiyanın ölkəmizdə voleybolun kütləviliyinin artırılması və inkişafı istiqamətində gördüyü işlərdən danışıb, gənc idmançılara tövsiyələrini verib. O, qızlardan və oğlanlardan ibarət komandaların nümunəvi çıxışlarını izləyib, gənc idmançılara uğurlar arzulayıb.

İdman.biz