Polina Rəhimova: “Bu, Azərbaycan voleybolunun gələcək nəslidir”

Xəbərlər
9 Sentyabr 2023 11:01
80
Polina Rəhimova: “Bu, Azərbaycan voleybolunun gələcək nəslidir”

Azərbaycan milli komandasının voleybolçusu Polina Rəhimova Şəkidə gənc idmançılarla görüş haqqında təəssüratlarını bölüşüb.

İdman.biz-in məlumatına görə, hazırda milli federasiyanın təşəbbüsü ilə bir sıra aparıcı voleybolçular və komanda veteranları bölgələrdə səfərdədir. İştirakçılar gənc nəsillə görüşlər keçirir, təcrübələrini bölüşürlər.

Rəhimova qeyd edib ki, Şəkidə ilk dayanacaq çox emosional keçib.

“Mən əvvəlki nəsillərin voleybolçularını - Alla Qasanova, Oksana Məmmədyarova və Yelena Parxomenkonu yenidən gördüm. Azərbaycan voleybolunun gələcək nəslinə çevriləcək uşaqları və gələcək oyunçuları birlikdə ziyarət etmək mənim üçün böyük şərəfdir. Gözəl gün üçün təşəkkür edirəm”, - Rəhimova sosial şəbəkədəki səhifəsində yazıb.

Nicat Zəkiyev

İdman.biz