Onlar da yeni mövsümün hazırlıqlarına başladı

Xəbərlər
7 Sentyabr 2023 16:43
114
Onlar da yeni mövsümün hazırlıqlarına başladı

Voleybol klublarımız artıq 2023/24 mövsümün hazırlıqlarına başlayıb. Bunlardan biri də Bakını təmsil edən "Azərreyl" klubunun qadınlardan ibarət komandasıdır. Yeni mövsüm üçün bir araya toplaşan "Azərreyl" bir neçə gündür məşqlərə başlayıb. Bununla bağlı komandanın meneceri Zaur Namazov İdman.biz-ə yeni mövsümə hazırlaşdıqlarıni bildirib. Z.Namazov hazırda Avrokubok üçün yeni legionerlərin transfer olunduğunu da deyib:

"Komandada heç bir problem yoxdur, "Azərreyl" klubu olaraq, artıq məşqlərə başlamışıq. Sentyabrın 4-dən qızlardan ibarət komandamız bir araya toplaşıb, o gündən də intensiv məşqlərə start vermişik. Birinci mərhələ fiziki və toplu məşqlərdir ki, voleybolçularımız baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirirlər. Hazırda hər hansı biri çətinlik yoxdur, komada Avrokuboka hazırlaşır. Hazırda legionerlərimiz var, onlar da yaxın günlərdə komandaya qoşulacaqlar".

Qeyd edək ki, oktyabr ayında voleybol üzrə Azərbaycanda Yüksək Liqa və Avrokuboklarda komandalarımız iştirak edəcək.

Ağa Dadaşzadə

İdman.biz