Qadın voleybolçulardan ibarət millimiz bu gün Avropa çempionatına hazırlığın növbəti mərhələsi üçün Sloveniyaya yola düşüb.
Bu barədə İdman.biz-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Azərbaycan millisini Heydər Əliyev Beynəlxalq Aeroportunda federasiya rəsmiləri və əməkdaşları yola salıblar. Onlar voleybolçularımıza uğurlar arzulayıblar.
Qeyd edək ki, yığmamız bir həftə Sloveniyada təlim-məşq toplanışında olacaq. Hazırlıqlar çərçivəsində bir neçə yoxlama oyunu da keçiriləcək. Voleybolçularımız avqustun 15-də isə qrup oyunlarımızın baş tutacağı Almaniyanın Düsseldorf şəhərinə gedəcəklər.
İdman.biz