Türkiyəli voleybolçu gecə klubunda dava salıb

Xəbərlər
6 Mart 2024 00:19
165
Türkiyəli voleybolçu gecə klubunda dava salıb

Türkiyəli voleybolçu Ebrar Karakurt İstanbuldakı gecə klublarından birində qalmaqal yaradıb.

İdman.biz xəbər verir ki, içkili idmançı səhnədə müğənni Melsum Erdostla mübahisə edib.

Bu xəbər Türkiyədə böyük səs-küyə səbəb olub. Müğənni sosial şəbəkədə voleybolçunun səhnəyə çıxaraq, mikrofonu almağa cəhd etdiyi barədə paylaşım edib. Melsum yüngül xəsarət aldığını bildirib.

Türkiyə mətbuatı mühafizəçilərin müdaxiləsindən sonra Ebrar gecə klubundan çıxarıldığını yazıb.

Qeyd edək ki, Karakurt 2023-cü ilin iyunundan “Lokomotiv”də (Rusiya) çıxış edir. O, ötən il Türkiyə yığmasının heyətində Avropa çempionatı və Millətlər Liqasının qalib olub.

İdman.biz