“Neftçi” uduzub, mövqeyini əldən verib

21 Fevral 2024 17:38
389
“Neftçi” uduzub, mövqeyini əldən verib

Kişi voleybolçular arasında Azərbaycan çempionatının növbəti oyunu keçirilib.

İdman.biz xəbər verir ki, Yüksək Liqada günün yeganə qarşılaşması GİN-in Voleybol Mərkəzində baş tutub.

“Murov Az Terminal” “Neftçi” ilə üz-üzə gəlib. Matç olduqca gərgin alınıb. İlk seti qazanan “Murov Az Terminal” ardınca çətinliklə də olsa, hissələrin fərqini 2-yə çatdırıb. Ardınca "Neftçi" üstünlüyü ələ alıb. Məğlub olmaq istəməyən komanda 35:33 hesabı ilə qalib gəlib. 4-cü setdə isə “Murov Az Terminal” oyunun hesabını rəsmiləşdirib - 3:1. Onlar bununla da ikinci pilləni "ağ-qaralar"dan alıblar.

Qeyd edək ki, çempionatın növbəti oyunu sabah baş tutacaq.

21 fevral
Yüksək Liqa (kişilər)
15:00. “Murov Az Terminal” - “Neftçi” - 3:1 (25:21, 27:25, 33:35, 31:29)

GİN-in Voleybol Mərkəzi

Azərreyl

11

8

3

28-13

945-878

24

Murov AZ Terminal

11

8

3

26-19

1057-973

21

Neftçi

12

6

6

24-22

1067-1043

19

Xarı Bülbül Şuşa

6

5

1

17-7

568-495

16

Xarı Bülbül Laçın

6

1

5

8-15

511-528

4

MOİK

10

0

10

3-30

694-729

0

İdman.biz