“Murov Az Terminal” və "Abşeron"dan asan qələbə - VİDEO

Xəbərlər
20 Fevral 2024 20:16
182
“Murov Az Terminal” və "Abşeron"dan asan qələbə - VİDEO

Bu gün qadın voleybolçuların Azərbaycan çempionatında növbəti oyunları keçirilib.

İdman.biz xəbər verir ki, baş tutacaq iki qarşılaşma eyni vaxtda başlayıb.

UNEC-in idman zalında setə də həsrət qalan eyniadlı komanda “Murov Az Terminal”la görüşüb. Oyun autsayderin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Tələbələr" 3 setdə cəmi 25 xal qazana biliblər.

Turnir cədvəlindəki qonşular “Abşeron”la “Gəncə” isə GİN-in Voleybol Mərkəzində qarşılaşıb. "Abşeron" voleybolçuları 3:1 hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, turun “Milli Aviasiya Akademiyası” - “Azərreyl” matçı sabah təşkil olunacaq.

20 fevral
Yüksək Liqa (qadınlar)

18:00. “Murov Az Terminal” - UNEC - 3:0 (25:8, 25:5, 25:12)
UNEC-in idman zalı

18:00. “Abşeron” - “Gəncə” - 3:1 (25:17, 25:23, 23:25, 25:17)
GİN-in Voleybol Mərkəzi

Azərreyl

13

11

2

36-10

1067-839

33

Murov Az Terminal

14

11

3

35-13

1133-892

32

Abşeron

14

10

4

33-18

1199-1010

30

Gəncə

14

6

8

22-28

1053-1087

18

Milli Aviasiya Akademiyası

13

3

10

15-29

895-1015

10

UNEC

14

0

14

0-42

544-1050

0

İdman.biz