“Abşeron”dan asan qələbə - YENİLƏNİB

Xəbərlər
14 Fevral 2024 16:42
141
“Abşeron”dan asan qələbə - YENİLƏNİB

Bu gün qadın voleybolçuların Azərbaycan çempionatında növbəti oyun keçirilib.

İdman.biz xəbər verir ki, günün yeganə matçı GİN-in Voleybol Mərkəzində baş tutub.

“Abşeron” “Milli Aviasiya Akademiyası”nı sınağa çəkib. Mükafatlar uğrunda mübarizə aparan nominal meydan sahibləri “tələbələr”lə qarşılaşmanı set vermədən aktivlərinə yazıblar.

Qeyd edək ki, Yüksək Liqada növbəti oyun fevralın 17-də keçiriləcək.

Yüksək Liqa (qadınlar)
14 fevral
15:00. “Milli Aviasiya Akademiyası” - “Abşeron” - 0:3 (10:25, 22:25, 17:25)

GİN-in Voleybol Mərkəzi

Azərreyl

13

11

2

36-10

1067-839

33

Murov Az Terminal

13

10

3

32-13

1058-867

29

Abşeron

13

9

4

30-17

1101-928

27

Gəncə

12

5

7

18-25

896-958

15

Milli Aviasiya Akademiyası

13

3

10

15-29

895-1015

10

UNEC

12

0

12

0-36

488-900

0

İdman.biz