“Azərreyl” qalib gəlib, UNEC “Abşeron”la bacarmayıb

Xəbərlər
6 Fevral 2024 20:11
167
“Azərreyl” qalib gəlib, UNEC “Abşeron”la bacarmayıb

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında XII turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, liderlə qrupunda qərarlaşan komandalar turu qələbə ilə başa vurublar.

“Gəncə”nin qonağı olan “Azərreyl” oyuna pis başlayıb. İlk seti böyük fərqlə uduzan "dəmiryolçular" növbəti setlərdə eyni səhvləri təkrar etməyiblər. Qonaq komanda 3:1 hesabı ilə qələbə qazanıb. Eyni hesab “Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası” görüşündə də qeydə alınıb. Meydan sahibləri mövsümdə 9-cu qələbəni qazanıblar.

Turun son görüşündə autsayder meydana çıxıb. Son turlar zəif təsir bağışlayan “Abşeron” UNEC-lə görüşdə asanlıqla 3 xal əldə edib.

Qeyd edək ki, “Azərreyl” turnir cədvəlində “Murov Az Terminal”ı 1 xal qabaqlayır.

6 fevral

Yüksək Liqa (qadınlar)
XII tur
16:00. “Gəncə” - “Azərreyl” - 1:3 (25:12, 22:25, 13:25, 17:25)

Gəncə OİK

16:00. “Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası” - 3:1 (25:16, 26:28, 25:20, 25:15)
GİN-in Voleybol Mərkəzi

18:00. “Abşeron” - UNEC - 3:0 (25:6, 25:12, 25:13)
UNEC VK-nın idman zalı

Azərreyl

12

10

2

33-9

967-754

30

Murov Az Terminal

12

10

2

31-10

973-767

29

Abşeron

12

8

4

27-17

1026-879

24

Gəncə

12

5

7

18-25

896-958

15

Milli Aviasiya Akademiyası

12

3

9

15-26

846-940

10

UNEC

12

0

12

0-36

488-900

0

İdman.biz