Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında III dövrəyə start verilib.
İdman.biz xəbər verir ki, Yüksək Liqada XI turun ilk iki oyunu baş tutib.
“Milli Aviasiya Akademiyası” ev sahibi olduğu oyunda “Gəncə”yə uduzub. Gərgin mübarizə şəraitində keçən qarşılaşma 5 set davam edib. Həlledici setdə daha diqqəti oynayan Gəncə voleybolçuları mövsümdə 5-ci qələbəni qazanıblar.
Ardınca çempionatın iddialıları meydana çıxıblar. Turun mərkəzi görüşündə gözlənilən mübarizə alınmayıb. “Murov Az Terminal” “Abşeron”u asanlıqla məğlub edib. Oyunda 3:0 hesabı qeydə alınıb.
Qeyd edək ki, tura sabah keçiriləcək “Azərreyl” - UNEC matçı ilə yekun vurulacaq.
Yüksək Liqa
30 yanvar
15:00. “Milli Aviasiya Akademiyası” - “Gəncə” - 2:3 (26:24, 19:25, 15:25, 25:19, 11:15)
GİN-nin Voleybol Mərkəzi
18:00. “Murov Az Terminal” - “Abşeron” - 3:0 (25:20, 25:18, 25:22)
GİN-nin Voleybol Mərkəzi
Murov Az Terminal |
11 |
9 |
2 |
28-9 |
872-688 |
26 |
Azərreyl |
10 |
8 |
2 |
27-8 |
805-639 |
24 |
Abşeron |
11 |
7 |
4 |
24-17 |
951-848 |
21 |
Gəncə |
11 |
5 |
6 |
17-22 |
819-881 |
15 |
Milli Aviasiya Akademiyası |
11 |
3 |
8 |
14-23 |
767-839 |
10 |
UNEC |
10 |
0 |
10 |
0-30 |
397-750 |
0 |
İdman.biz