Kuba əsilli Türkiyə voleybolçu Avropa çempionatının ən yaxşısı oyunçusu seçilib

7 Sentyabr 2026 12:26
93
Kuba əsilli Türkiyə voleybolçu Avropa çempionatının ən yaxşısı oyunçusu seçilib

Artıq xəbər verdiyimiz kimi 2026-cı il qadın voleybolçuların Avropa çempionatı Türkiyə millisinin qələbəsi ilə yekunlaşdı.

İdman.Biz xəbər verir ki, final qarşılaşmasından sonra turnirin ən yaxşı oyunçusu müəyyənləşib. Bu ada Türkiyə millisinin Kuba əsilli voleybolçusu Melissa Varqas layiq görülüb.

35 yaşlı voleybolçuya mükafatı Avropa Voleybol Konfederasiyası prezidenti Roko Sikiric və turnirin əsas sponsoru olan “Trendyol”un vitse-prezidenti Sinan Cem Şahin təqdim edib.

Xatırladaq ki, qadın voleybolu üzrə 2026-cı il Avropa çempionatı Türkiyə, Azərbaycan, Çexiya və İsveçin ev sahibliyi ilə keçirilib. Final mərhələsi isə İstanbulda təşkil olunub.

İdman.Biz