Türkiyə voleybol millisi ardıcıl ikinci dəfə Avropa çempionu oldu

6 Sentyabr 2026 22:59
39
Türkiyə voleybol millisi ardıcıl ikinci dəfə Avropa çempionu oldu

Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası 2026-cı il Avropa çempionatının qalibi olub.

İdman.Biz xəbər verir ki, Daniele Santarellinin rəhbərlik etdiyi “Filenin Sultanları” finalda İtaliya ilə qarşılaşıb və gərgin keçən matçda 3:2 hesablı qələbə qazanıb.

İtaliya ilk seti 25:16 hesabı ilə öz xeyrinə başa vurub. Türkiyə ikinci setdə 25:22 hesabı ilə qalib gələrək tarazlığı bərpa edib.

Üçüncü setdə İtaliya 25:12 hesabı ilə üstün olub. Türkiyə dördüncü seti 25:21 hesabı ilə qazanaraq görüşü tay-brekə daşıyıb.

Həlledici setdə üstün oyun nümayiş etdirən Türkiyə 15:10 hesabı ilə qalib gəlib və yekunda matçı 3:2 hesabı ilə başa vurub.

Beləliklə, Türkiyə ardıcıl ikinci dəfə Avropa çempionu adını qazanıb.

Türkiyə pley-off mərhələsində 1/8 finalda Azərbaycanı 3:0, 1/4 finalda Almaniyanı 3:1, yarımfinalda isə Serbiyanı 3:0 hesabı ilə məğlub edib.

İtaliya isə finaladək turnirdə keçirdiyi bütün səkkiz oyunda qalib gəlib. Türkiyə həlledici görüşdə rəqibinin məğlubiyyətsiz seriyasına son qoyub.

İdman.Biz