Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti və qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev Türkiyə Voleybol Federasiyası tərəfindən mükafatlandırılıb.
İdman.Biz xəbər verir ki, mükafat Faiq Qarayevə İstanbulda keçirilən Avropa çempionatının səkkizdəbir final mərhələsində baş tutan Türkiyə – Azərbaycan matçı zamanı təqdim olunub.
Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ mükafatı şəxsən Faiq Qarayevə təqdim edib.
Qeyd edək ki, mükafat Faiq Qarayevə Türkiyədə voleybolun inkişafına verdiyi töhfələrə görə təqdim olunub.
