Azərbaycanın veteran voleybolçusu Yelena Şabovta Bakıda yeniyetmə və gənc voleybolçularla görüşüb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Milli Gimnastika Arenasında baş tutan görüşdə Y.Şabovta gənclərə peşəkar voleybolçu olmağın yollarından danışıb, tövsiyələrini verib.
O, həmçinin milli komanda və klublarda çıxışla bağlı təcrübəsini gənc voleybolçularla bölüşüb.
