Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb.
İdman.Biz xəbər verir ki, C qrupunun 4-cü turunda Faiq Qarayevin rəhbərlik etdiyi komanda Belçika ilə qarşılaşıb. Bakıdakı Milli Gimnastika Arenasında keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Belçika – Azərbaycan – 3:0 (25:19, 25:22, 25:23)
Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəl Portuqaliya (3:1), İspaniya (3:0) və Rumıniya (3:2) üzərində qələbə qazanıb. Dörd oyundan sonra yığmamız 8 xalla C qrupunda 3-cü pillədə qərarlaşıb. Qrupda mübarizə avqustun 28-dək davam edəcək.
18:36
Bakıda təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatının (CEV Trendyol EuroVolley 2026 Women) altıncı gününün ilk qarşılaşması keçirilib.
İdman.Biz xəbər verir ki, C qrupunda İspaniya və Portuqaliya milliləri üz-üzə gəlib. Qarşılaşmada Portuqaliya 3:1 hesabı ilə qalib gəlib.
Setlərdə hesab belə olub:
İspaniya – Portuqaliya – 1:3 (26:24, 23:25, 19:25, 20:25)
Qeyd edək ki, qarşılaşma Bakıdakı Milli Gimnastika Arenasında keçirilib. Avropa çempionatının Bakı mərhələsində bu gün daha bir oyun baş tutacaq. Saat 18:30-da start göturən qarşılaşmada isə Azərbaycan millisi Belçika yığmasını sınağa çəkir.
10:20
Qadın voleybolçular arasında Avropa çempionatının Bakı mərhələsində avqustun 26-da daha iki qarşılaşma keçiriləcək.
İdman.Biz xəbər verir ki, günün ilk matçında saat 15:30-da İspaniya və Portuqaliya milliləri üz-üzə gələcəklər.
Saat 18:30-da isə Azərbaycan yığması Belçika ilə qarşılaşacaq. Hər iki oyun Bakıda keçirilən C qrupunun proqramına daxildir.
