Portuqaliya millisinin voleybolçusu: “Ən böyük fərq müsbət enerjimiz idi”

26 Avqust 2026 20:50
78
Portuqaliya millisinin voleybolçusu: “Ən böyük fərq müsbət enerjimiz idi”

Portuqaliya millisinin hücumçusu Julia Kavalenka Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında İspaniya üzərində qazanılan qələbədən danışıb.

İdman.Biz xəbər verir ki, o, komandasının qarşılaşmaya qələbə əzmi ilə çıxdığını bildirib:

“Qarşımızda güclü komandanın olduğunu bilirdik, çünki İspaniya bizdən üst pillədədir. Amma bu oyunda müsbət enerjimizi ortaya qoyub qələbə qazanmalı olduğumuzu da bilirdik. Fikrimcə, ən böyük fərq də məhz bizim çox yaxşı enerjiyə sahib olmağımız idi”

Qeyd edək ki, Avropa çempionatının (CEV Trendyol EuroVolley 2026 Women) altıncı gününün ilk oyununda C qrupunda İspaniya və Portuqaliya milliləri üz-üzə gəlib. Portuqaliya 3:1 hesabı ilə qalib gəlib.

İspaniya – Portuqaliya – 1:3 (26:24, 23:25, 19:25, 20:25)

Qarşılaşma Bakıdakı Milli Gimnastika Arenasında keçirilib.

İdman.Biz