Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Azərbaycanlı hakim “Fənərbaxça”nın avrokubok oyununu idarə edəcək - İdman və Biz

Azərbaycanlı hakim “Fənərbaxça”nın avrokubok oyununu idarə edəcək

Xəbərlər
18 Yanvar 2024 10:24
457
Azərbaycanlı hakim “Fənərbaxça”nın avrokubok oyununu idarə edəcək

Beynəlxalq dərəcəli azərbaycanlı hakimlər Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıblar.

İdman.biz xəbər verir ki, Zaur Hacıyev Çağırış kubokunun 1/4 final mərhələsinin matçını idarə edəcək.

O, qadın voleybolçulardan ibarət Türkiyənin “Nilüfer Belediye Bursa” və Rumıniyanın “C.S.M. LUGOJ” klublarının qarşılaşmasında ikinci hakim olacaq.

Fuad Ağayev isə CEV kubokunda pley-off mərhələsində iş başında olacaq. O, kişi voleybolçulardan ibarət Türkiyənin “Fənərbaxça” və Ukraynanın “Prometey” komandalarının cavab matçında ikinci hakim funksiyasını yerinə yetirəcək.

Hər iki oyun bu gün baş tutacaq.

İdman.biz