Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun növbəti oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Milli Aviasiya Akademiyası” komandası “Murov Az Terminal”la qarşılaşacaq.
Görüş Milli Aviasiya Akademiyasının idman zalında baş tutacaq. Digər oyun UNEC və “Turan” arasında gerçəkləşəcək. Bu matç UNEC-in idman zalında keçiriləcək.
Hər iki qarşılaşma saat 17:00-da start götürəcək.
Qeyd edək ki, turun ötən gün baş tutan “DH Volley” - “Gənclər” görüşündə birincilər 3:0 hesablı qələbə qazanıb. Qadınlar arasında Yüksək Liqanın V turuna sabah yekun vurulacaq.
