Voleybol üzrə Azərbaycan Yüksək Liqasında dörd oyun keçirlib - YENİLƏNİB

Xəbərlər
3 Dekabr 2025 20:53
216
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında dörd oyun keçirlib - YENİLƏNİB

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan matçda “Neftçi” “Azərreyl”ə 3:1 hesabı ilə qalib gəlib.

“Abşeron” Olimpiya İdman Kompleksində isə “Ordu” “Gənclər” kollektivini həmin hesabla məğlub edib.

“Xilasedici” – “Murov Az Terminal” görüşü də eyni hesabla birincilərin xeyrinə başa çatıb.

Sonuncu qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında reallaşıb.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V tura start verilib.

İlk oyun günündə bir qarşılaşma keçirilib.

“DH Volley” və “Gənclər” kollektivlərinin duelində birincilər 3:0 hesablı qələbə qazanıblar.

Oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

09:58

Bu gün qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V tur start götürəcək.

İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə dörd qarşılaşma baş tutacaq.

Kişilərin yarışında əvvəlcə “Azərreyl” “Nefçi” ilə üz-üzə gələcək. Qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 16:00-da başlayacaq.

Saat 17:00-da “Xilasedici” “Murov Az Terminal”la görüşəcək. Bu oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.

“Abşeron” Olimpiya İdman Kompleksində isə “Gənclər” “Ordu” ilə münasibətlərə aydınlıq gətirəcək. Bu görüş də saat 17:00-da start götürəcək.

Qadınların mübarizəsində isə bir oyun keçiriləcək. “DH Volley” “Gənclər”lə üz-üzə gələcək. Oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 18:00-da başlayacaq.

İdman.Biz