Fərid Cəlalov: “Çempionatda komandalar bərabər səviyyədə çıxış edir”

Xəbərlər
1 Dekabr 2025 17:04
33
Fərid Cəlalov: “Çempionatda komandalar bərabər səviyyədə çıxış edir”

“Hazırda çempionat oyunları zamanı komandaların əksəriyyətinin bərabər səviyyədə olduğunu müşahidə edirik”.

İdman.Biz xəbər verir ki, bu barədə "DH Volley" komandasının baş məşqçisi Fərid Cəlalov Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Baş məşqçi oyunların maraqlı və baxımlı olduğunu bildirib:

“Bu, çempionat oyunlarını daha maraqlı və baxımlı edir. Komandamızın oyunlarına gəldikdə isə, son iki oyunumuzun nəticələrinə əsasən deyə bilərəm ki, qarşıdakı matçlarımız daha gərgin keçəcək. Təbii ki, nəticədə güclü olan qalib gələcək”.

İdman.Biz