AVF nümayəndələri bu dəfə Masallı və Şirvanda - FOTO

Xəbərlər
17 Yanvar 2024 21:47
163
AVF nümayəndələri bu dəfə Masallı və Şirvanda - FOTO

Azərbaycan Voleybol Federasiyası (AVF) nümayəndələrinin bölgələrə səfəri davam edir.

İdman.biz xəbər verir ki, məqsəd bölgələrdə uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsinə xidmət edir.

Yanvarın 16-17-də Masallı və Şirvan Olimpiya İdman Komplekslərində olan federasiya nümayəndələri burada voleybolla məşğul olan uşaqların məşqini izləyiblər. Mütəxəssislər idmançılara voleybol haqqında ətraflı məlumat veriblər, müvafiq kriteriyalara uyğun olan uşaqların qeydiyyatını aparıblar.

Qeyd edək ki, bundan əvvəl AVF rəsmiləri Gəncə və Tovuza səfər ediblər.

İdman.biz

Məqalədə: