İtaliya yığması Avropa çempionatının finalına yüksəlib

6 Sentyabr 2026 00:50
85
İtaliya yığması Avropa çempionatının finalına yüksəlib

Qadın voleybolçulardan ibarət İtaliya milli komandası Avropa çempionatının finalına çıxıb.

İdman.Biz xəbər verir ki, İstanbul şəhərində keçirilən yarımfinal matçında italyanlar Polşa komandasını məğlub ediblər. Göruş 3:1 (25:19, 25:19, 21:25, 25:16) hesabı ilə başa çatıb.

Qadınların Avropa çempionatının həlledici matçında İtaliya daha əvvəl Serbiya komandasını məğlub edən Türkiyə yığması ilə qarşılaşacaq.

2026-cı il voleybol üzrə Avropa çempionatı avqustun 21-dən sentyabrın 6-dək dörd ölkənin – Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın meydançalarında keçirilir.

Yarışın son çempionu Türkiyə yığmasıdır.

İdman.Biz