Çimərlik voleybolu üzrə U-20 Avropa çempionatında mübarizəyə təsnifat mərhələsindən başlayan Azərbaycan komandalarının çıxışı başa çatıb.
İdman.Biz xəbər verir ki, sentyabrın 2-dən 6-dək İtaliyanın Battipaglia şəhərində keçirilən qitə birinciliyində ölkəmiz həm qızların, həm də oğlanların yarışında təmsil olunub.
Qızların mübarizəsində Səbinə Əlizadə və Leyla Əliyeva cütü Portuqaliya təmsilçilərinə 0:2 hesabı ilə məğlub olaraq yarışla vidalaşıb.
Oğlanların yarışında İbrahim Məmmədov və Muhamməd Aslanlı daha uğurlu çıxış ediblər. Azərbaycan cütü 2:0 hesabı ilə məğlub edib. Əsas mərhələdə Finlandiya üzərində 2:1 hesablı qələbə qazanan təmsilçilərimiz daha sonra Norveçə 1:2, İngiltərəyə isə 0:2 hesabı ilə uduzublar.

Buna baxmayaraq, Məmmədov və Aslanlı pley-off mərhələsinə yüksəlməyi bacarıblar. Burada onların rəqibi Polşa olub. Gərgin keçən görüş Azərbaycan cütünün 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. İkinci setdə təmsilçilərimiz rəqibə yalnız 20:22 hesabı ilə uduzublar.
Beləliklə, 33 ölkədən 40 komandanın mübarizə apardığı yarışda Azərbaycan cütü 17-ci yeri tutub. Təmsilçilərimiz ötən Avropa çempionatında 26-cı olmuşdular və bu dəfə nəticələrini doqquz pillə yaxşılaşdırıblar.
