Yığmamız yenə 0:3 hesabı ilə uduzub

Xəbərlər
12 Yanvar 2024 23:49
225
Yığmamız yenə 0:3 hesabı ilə uduzub

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu komanda Polşanın Qojuv-Velkopolski şəhərində keçirilən matçda Ukrayna ilə qüvvəsini sınayıb.

Voleybolçularımız yenə də set qazanmadan məğlub olublar - 0:3 (23:25, 9:25, 17:25).

İlk turda Estoniyaya da “quru hesabla” uduzan milli sabah Latviya ilə üz-üzə gələcək. Yanvarın 14-də isə rəqib ev sahibləri olacaq.

Qeyd edək ki, yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

İdman.biz