Bakıda 12 yaşadək uşaqlar üçün “Mini Volley” festivalı keçiriləcək

5 İyun 2026 10:11
109
Bakıda 12 yaşadək uşaqlar üçün “Mini Volley” festivalı keçiriləcək

Bakıda 12 yaşadək uşaqlar arasında “Mini Volley” festivalı keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə 6 iyun tarixində keçiriləcək festivalın məqsədi uşaqlar arasında voleybolun təbliği, onların idmana marağının artırılması və sağlam həyat tərzinin təşviqidir.

“Mini Volley” festivalı təkcə Bakı şəhərində deyil, ölkənin müxtəlif bölgələrində də təşkil olunacaq.

Bakı mərhələsi çərçivəsində Dəniz Mall-un qarşısında iki voleybol meydançası qurulacaq. İştirakçılar üçün müxtəlif əyləncəli oyunlar, müsabiqələr və voleybol üzrə yarışlar təşkil ediləcək.

Festival saat 09:00-dan 12:00-dək davam edəcək.

İdman.Biz
Məqalədə: