“Abşeron” və “Azərreyl”dən gözlənilməz məğlubiyyət

Xəbərlər
9 Yanvar 2024 20:43
199
“Abşeron” və “Azərreyl”dən gözlənilməz məğlubiyyət

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk oyunları keçirilib.

İdman.biz xəbər verir ki, VIII tur çərçivəsində 2 qarşılaşma baş tutub.

Ötən ilin son turlarında liderliyi əldən verən “Abşeron” debütant “Milli Aviasiya Akademiyası”nı sınağa çəkib. Gözlənilmədən oyun qonaq komandanın qələbəsi ilə yekunlaşıb. "Abşeron" voleybolçularının bir set də belə qələbə qazana bilməməsi çoxları üçün gözlənilməz olub.

Günün ikinci oyununda isə lider “Azərreyl” mövqeyini qorumaq üçün “Murov Az Terminal”Ia mübarizə aparıb. Bu qarşılaşmada da sürpriz nəticə qeydə alınıb. “Dəmiryolçular” uduzaraq, rəqibin xal fərqini azaltmasına şərait yaradıblar. 2:3 hesabı ilə uduzan "Azerreyl" qazanılan 1 xal sayəsində vahid lider olub.

Azərbaycan Yüksək Liqası

Qadınlar
9 yanvar
VIII tur
16:00. “Abşeron” - “Milli Aviasiya Akademiyası” - 0:3 (18:25, 19:25, 25:27)

GİN-in Voleybol Mərkəzi

18:00. “Murov Az Terminal” – “Azərreyl” - 3:2 (18:25, 25:19, 25:14, 17:25, 15:6)
GİN-in Voleybol Mərkəzi

Azərreyl

8

6

2

21-6

626-479

19

Abşeron

8

6

2

19-9

683-570

18

Murov Az Terminal

8

6

2

19-9

647-544

17

Gəncə

7

3

4

9-14

483-561

9

Milli Aviasiya Akademiyası

8

2

6

9-18

537-618

6

UNEC

7

0

6

0-21

287-525

0

İdman.biz

Məqalədə: