“Murov Az Terminal” braziliyalı voleybolçunu heyətinə qatıb

15 Oktyabr 2026 12:04
118
“Murov Az Terminal” braziliyalı voleybolçunu heyətinə qatıb

“Murov Az Terminal” voleybol komandası heyətini yeni oyunçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, klub braziliyalı diaqonal hücumçu Matheus Araujonun transferini açıqlayıb.

34 yaşlı voleybolçu 2026/2027 mövsümündə “Murov Az Terminal”ın formasını geyinəcək.

Boyu 198 santimetr olan oyunçu 10 sentyabr 1992-ci ildə anadan olub. O, ötən mövsüm Azərbaycanın “Ordu” komandasında çıxış edib və ölkə çempionatının gümüş medalını qazanıb. 2024/2025 mövsümündə isə “Neftçi”nin heyətində oynayıb.

Təcrübəli hücumçu karyerası ərzində Braziliya, Qətər, Livan, Portuqaliya, Yunanıstan və Litva klublarının da şərəfini qoruyub.

Araujonun nailiyyətləri arasında 2023/2024 mövsümündə Litva çempionluğu və ölkə kubokunun qalibi olması da yer alır. Voleybolçu 2024/2025 mövsümündə Azərbaycan Kubokunun bürünc medalını qazanıb.

İdman.Biz