“DH Volley” Polşadan voleybolçu transfer etdi

14 Oktyabr 2026 23:26
108
“DH Volley”  Polşadan voleybolçu transfer etdi

Bu mövsüm Çağırış Kubokunda mübarizə aparacaq Azərbaycanın qadın voleybol komandası “DH Volley” heyətinə yeni legioner cəlb edib.

İdman.Biz xəbər verir ki, klub polşalı voleybolçu Rozaliya Qnatışinlə razılığa gəlib.

26 yaşlı idmançı ötən mövsümü Türkiyənin “Çanaqqala Bələdiyyəspor” klubunda keçirib.

Beləliklə, DH Volley beynəlxalq turnir öncəsi heyətini daha bir əcnəbi voleybolçu ilə gücləndirib.

İdman.Biz