Bu gün, avqustun 30-da Brüsseldə (Belçika) qadın voleybolçular arasında Avropa çempionatının dörddəbir final oyunu keçirilib və Türkiyə yığması Polşa millisini üç setdə (25:23, 25:22, 25:18) məğlub edib.
Turnirin yarımfinalında türkiyəli idmançılar hazırkı Avropa çempionu italyanlarla qarşılaşacaq. Ötən gün 1/4 finalda çıxış edən İtaliya yığması da Fransa yığması ilə görüşdə (25:14, 29:27, 25:13) üç setdə qalib gəlib.
İkinci yarımfinal görüşündə Hollandiya millisi Serbiya - Çexiya cütlüyünün ən güclü komandası ilə oynayacaq. Onların görüşü saat 22:00-da başlayıb.
Hər iki yarımfinal sentyabrın 1-də Brüsseldəki "Pale 12" arenasında keçiriləcək. Final və üçüncü yer uğrunda görüş sentyabrın 3-də Belçikanın paytaxtında keçiriləcək.
Avropa çempionatı 2023 (Qadınlar). 1/4 final
30 avqust 2023-cü il, çərşənbə. 19:00
Türkiyə - Polşa - 3:0
Türkiyə: Orge Güner, Şebnem Aköz, Özbay, Vargas, Haykac, Akman, Baladin, Cebecioğlu, Şahin, Erdem Dündar, Günəş, Kalaç, Aydın, Karakurt
Polşa: Stenzel, Kornelyuk, Witkowska, Galkovska, Stysiak, Fedusio, Lukasik, Szczyglowska, Volosh, Schlagowska, Venerska, Patsak, Rozanski, Yurchik
İdman.biz