Natalya Məmmədova uzun illər sonra Azərbaycana qayıdıb - VİDEO

9 Aprel 2026 12:13
185
Natalya Məmmədova uzun illər sonra Azərbaycana qayıdıb - VİDEO

Voleybol üzrə Azərbaycan millisinin sabiq üzvü Natalya Məmmədova Azərbaycana gəlib.

İdman.Biz xəbər verir ki, o, ötən gün Voleybol üzrə Yüksək Liqanın yarımfinalında keçirilən Milli Aviasiya Akademiyası - “DH Volley” matçında iştirak edib.

Qeyd edək ki, Natalya Məmmədova karyerasına Ukraynada başlayıb və bu ölkənin yeniyetmələr millisində Avropa çempionatının gümüş medalını qazanıb. Azərbaycana gəldikdən sonra soyadını dəyişərək Məmmədova olub (əvvəl Skazka idi).

2004-cü ildə millimizdə debüt edən voleybolçu “Azərreyl”, “Rabitə”, “Volero”, “Keri”, “İkaro”, “Türk Telekom”, “Dinamo”, “Omiçka” və “Dinamo Kazan” kimi klublarda çıxış edib. O, 2011-ci ildə “Rabitə” ilə klublararası dünya çempionatının qalibi olub.

Xatırladaq ki, o, karyerasını başa vurduqdan sonra isə Fransada yaşayır.

İdman.Biz