Qadın voleybolçuların Yüksək Liqası: “Turan” və “DH Volley”dən qələbə - YENİLƏNİB

8 Aprel 2026 20:08
1 044
Qadın voleybolçuların Yüksək Liqası: “Turan” və “DH Volley”dən qələbə

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.

İdman.Biz bildirir ki, günün ilk qarşılaşmasında “Gəncə” komandası “Turan”la üz-üzə gəlib. Görüş “Turan”ın 3:0 hesablı qələbəsi ilə bitib.

İkinci qarşılaşmada “Milli Aviasiya Akademiyası” “DH Volley” kollektivləri oynayıblar. Bu dueldə ikincilər qələbə qazanıb - 3:0.

09:17

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start veriləcək.

İdman.Biz xəbər verir ki, raundun hər iki qarşılaşması eyni gündə baş tutacaq.

Saat 16:00-da günün ilk qarşılaşmasında “Gəncə” komandası “Turan”la üz-üzə gələcək. Ardınca, saat 18:00-da “Milli Aviasiya Akademiyası” ilə “DH Volley” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Komandalar arasında cavab görüşlərinin isə aprelin 11-i və 13-də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün “qızıl set” oynanılacaq.

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.

İdman.Biz