Azərbaycan Yüksək Liqasında yarımfinal oyunları baş tutub - YENİLƏNİB

7 Aprel 2026 20:03
606
Azərbaycan Yüksək Liqasında yarımfinal oyunları baş tutub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.

İdman.Biz xəbər verir ki, hər iki qarşılaışma artıq başa çatıb.

“Murov Az Terminal” “Xilasedici”yə məğlub olub - 0:3 (20:25, 18:25, 18:25). “Ordu” isə “Neftçi”dən üstün olub - 3:0 (25:12, 25:14, 25:16)

09:50

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start veriləcək.

İdman.Biz xəbər verir ki, turun hər iki qarşılaşması eyni gündə baş tutacaq.

Günün ilk oyunu saat 16:00-da keçiriləcək. “Murov Az Terminal” “Xilasedici” ilə üz-üzə gələcək. Saat 18:00-da isə “Ordu” ilə “Neftçi” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Cavab oyunlarının aprelin 14-də keçirilməsi planlaşdırılır.

Qarşılaşmalar Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında təşkil ediləcək.

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. İki qarşılaşmanın nəticəsinə görə komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün “qızıl set” oynanılacaq. Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.

İdman.Biz